Həkimdən HƏYƏCAN TƏBİLİ - Pəhriz koronavirus riskini artırır - VİDEO
Bizi izləyin

Sağlamlıq

Həkimdən HƏYƏCAN TƏBİLİ - Pəhriz koronavirus riskini artırır - VİDEO

Video əlavə olunub.

xxx

Bəzi pəhrizlər koronavirus infeksiyası riskini artırır.

Publika.az xəbər verir ki, tibb elmləri namizədi, nutritionist Yekaterina Burlyaeva bu barədə “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, pandemiya zamanı aclığa əsaslanan və ya əsas qida maddələrini istisna edən pəhriz tövsiyə edilmir, çünki bu immunitetin fəaliyyətinə mənfi təsir göstərə və bədənin yoluxucu xəstəliklərə qarşı həssaslığını artıra bilər.

Burlyaeva qeyd edib ki, özünütəcrid zamanı fiziki aktivlik azalır, odur ki, gündəlik kalori qəbulunu azaltmaq lazımdır. O, 3 əsas yemək, 1-2 qəlyanaltı daxil olan rasion tövsiyə edib və əlavə edib ki, yatmazdan 3-4 saat əvvəl yemək lazımdır.

Sağlam qidalanma üzrə mütəxəssis Varvara Zarodina da çox yeməyin dayandırılmasının üsulunu açıqlayıb. Arıqlamaq üçün mütəxəssis qidaya şüurlu münasibət inkişaf etdirməyi məsləhət görüb. Bu vəziyyətdə qidalanma cədvəlinin tərtibi kömək edəcək. Mütəxəssis həmçinin şirniyyatı da rasiondan çıxarmağı tövsiyə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm