COVID-19 daha 5 xəstəliyə səbəb olur - ŞOK ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

COVID-19 daha 5 xəstəliyə səbəb olur - ŞOK ARAŞDIRMA

Dünyanı alt-üst edən koronavirus pandemiyasının ən çox zərər vurduğu ölkələrdən biri İspaniya yeni tapıntıları açıqlayıb.

Publika.az xəbər verir ki, dermatoloqlar koronavirusun xüsusilə diaqnoz qoyulan gənclərdə 5 müxtəlif dəri probleminə yol açdığını ortaya çıxarıb.

Bu xəstəliklər arasında sızanağa bənzər qaşıntılı qızartılar, ağ və çəhrayı qabarcıqlar, xallı, kiçik qızartılar, soyuqdəymədən sonra yarana bilən yaralar var. Ən təəccüblüsü isə araşdırmaçıların “COVID barmağı” adlandırdığı ayaq barmaqlarındakı qızartılar olub. Bu problemə daha çox xəstəliyi asimptomatik keçirən gənclərdə rast gəlindiyi vurğulanıb.

Dəridə qaşıntı və qızartı hazırda koronavirusun simptomları arasında yer almır. Araşdırmaçılar bu dəri problemlərinin başqa səbəbinin ola biləcəyini, koronavirusla birbaşa əlaqəsinin qurulması üçün daha genişmiqyaslı araşdırma aparmalı olduqlarını bildirir.

Tədqiqatın nəticələri İngiltərənin “Dermatologiya” dərgisində dərc olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm