Koronavirusa qarşı peyvənd mutasiyanı dəyişdirə bilər?
Bizi izləyin

Sağlamlıq

Koronavirusa qarşı peyvənd mutasiyanı dəyişdirə bilər?

Alimlər bildirib ki, koronavirusa qarşı peyvənd mutasiyanı dəyişdirəcək.

Publika.az xəbər verir ki, hazırda mövcud olan SARS-CoV-2 mutasiyaları hazırlanan vaksinlərin effektivliyinə prinsipial təsir göstərməyəcək. “Əhəmiyyətli dəyişikliklər baş verərsə, peyvənd dəyişə biləcək”, - deyə Robert Kox İnstitutunun rəhbərinin müavini Lars Şaade bildirib.

“Hər mutasiyanın virusun təhlükə səviyyəsini dəyişdirməsindən və ya peyvəndin immunitetə artıq təsirli olmayacağından söhbət getmir. Mutasiyalar barədə çox danışılıb, lakin bu günə qədər onların virusa təhlükəsi və immunitetə heç bir təsiri aşkar olunmayıb”, - deyə Şaade brifinqdə deyib.

O əlavə edib ki, mutasiyanın hələ də davam edəcəyi təqdirdə peyvəndi tənzimləmək mümkün olacaq. Bunda qripin müalicəsi üçün hazırlanan mexanizmlər kömək edəcək.

Bundan əlavə, Lars Şaade qeyd edib ki, Almaniyada virusa yoluxmuş insan sayı kəskin şəkildə azaldığından, fevral ayından bəri etdikləri kimi, COVID-19 ilə bağlı brifinq keçirməyi dayandırıblar.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm