Ekspert: İstənilən respirator xəstəlik KORONAVİRUS OLA BİLƏR
Bizi izləyin

Sağlamlıq

Ekspert: İstənilən respirator xəstəlik KORONAVİRUS OLA BİLƏR

Tənəffüs orqanlarının istənilən infeksiyasına xəstəxanada koronavirus diaqnozu qoyula bilər. Çünki normal mövsümi viruslara yoluxma halları onsuz da azalmaqdadır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyinin Milli İnfeksiya Xəstəlikləri Araşdırma Mərkəzinin rəhbərinin müavini Vladimir Çulanov “Россия 24” kanalınaməlumat verib.

“Unutmaq olmaz ki, hazırda koronavirus infeksiyası geniş yayılıb, tənəffüs orqanları xəstəliklərinin əksər hissəsini təşkil edir. Artıq mövsümlə bağlı digər tənəffüs virus infeksiyaları azalmaq üzrədir, odur ki, bu cür xəstəliklərin əlamətləri şübhə doğurmalıdır”.

Mütəxəssis qeyd edib ki, hər hansı bir tənəffüs infeksiyasının ilk əlamətlərində xəstəliyin irəliləməsinin qarşısını almaq üçün dərhal həkimlərə müraciət edilməlidir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm