Karantindən sonra bu xəstəliklərin yeni dalğası başlayacaq – Kremlin sabiq baş həkimindən CİDDİ XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Karantindən sonra bu xəstəliklərin yeni dalğası başlayacaq – Kremlin sabiq baş həkimindən CİDDİ XƏBƏRDARLIQ

Tanınmış aparıcı və Kremlin sabiq baş həkimi Aleksandr Myasnikov xəbərdarlıq edib - özünü təcrid dövründə gündəlik rejimdəki dəyişikliklər insan sağlamlığına mənfi təsir göstərə bilər.

Publika.az Rusiya mətbuatıan istinadən xəbər verir ki, həkim karantin dövründə səhərlər yuxudan gec oyanmağa öyrəşən insanların karantindən sonra ciddi sıxıntı keçirəcəyini bildirib.

“Onların cədvəli normal iş günlərindən çox fərqlənir. İnsanlar günəş aktivliyindən və digər təbiət amillərdən asılıdır. İnsan orqanizmində hormonların istehsalının daxili bioloji saata - sirkadiya ritmlərinə görə baş verir, lakin əsas sirkadiya ritm yuxudur.

Sosial təcrid dövründə ruslar nəinki daha çox yatmağa, həm də daha çox yeməyə, şirniyyatlara üstünlük verməyə başladılar. Beləliklə, obezlik, diabet, hipertoniya kimi xəstəliklərin yeni bir dalğası riski gözlənilir. Günün optimal rejimini bərpa etmək üçün hər gün müəyyən bir vaxtda durmaq lazımdır. Bundan əlavə, eyni vaxtda yemək, eyni zamanda immuniteti gücləndirmək üçün idman, məşqlər, hətta kiçik fiziki fəaliyyətləri də gündəlik qaydalara daxil etməyi unutmamalısınız” , -deyə həkim qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm