COVID-19-a qarşı dərman bu tarixdə HAZIR OLACAQ
Bizi izləyin

Sağlamlıq

COVID-19-a qarşı dərman bu tarixdə HAZIR OLACAQ

Rusiyanın MIPT genom mühəndisliyi laboratoriyasının müdiri Pavel Volçkov hesab edir ki, koronavirus infeksiyasına qarşı effektiv müalicə bu ilin payızına qədər hazır ola bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert dərmanın hazır olacağı tarixi açıqlayıb:

“Preparatın hazırlanmasına dair bir neçə yanaşma var. Süni şəkildə antikorlar əlavə etməklə immunitetin xəstəliklə mübarizəsinə kömək etmək olar. Beləliklə, immunitet reaksiyasının başlaması üçün lazım olan vaxtı azaltmaq mümkün olacaq”.

Virusoloq əlavə edib ki, buna bənzər dərman məsələn, “Regeneron Pharmaceuticals” şirkətinin alimləri tərəfindən hazırlanır. Həkimin sözlərinə görə, mütəxəssislər klinik sınaqlara yayın əvvəlində başlayacaqlarını və payızda dərman buraxacaqlarını vəd ediblər. Volçkov bildirib ki, Rusiya Səhiyyə Nazirliyi koronavirus epidemiyasına qarşı effektiv şəkildə mübarizə aparır. “Əgər ölkədə əhalinin 25-30%-i xəstələnərsə, məhdudlaşdırıcı tədbirlər görülə bilər. Antikorlar üçün kütləvi testlər bu barədə məlumat əldə etməyə kömək edəcək”, - deyə o sözlərinə əlavə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm