Məşhur həkimdən gənc qızın əməliyyatda ölməsinə reaksiya: “Subay olmasına baxmayaraq, gah süd vəzilərini böyüdür, gah da...” - - VİDEO
Bizi izləyin

Sağlamlıq

Məşhur həkimdən gənc qızın əməliyyatda ölməsinə reaksiya: “Subay olmasına baxmayaraq, gah süd vəzilərini böyüdür, gah da...” - - VİDEO

Video əlavə olunub.

xxx

“Dismorfofobiya psixi problemdir. Gənc insanlarda daha çox olur. Öz bədəninin müəyyən hissələrini bəyənmirlər, nəzərəçarpmayan, kiçik defektlərə görə ciddi narahatlıq keçirirlər. Gah dodaqları ehtiyac olmadan böyüdür, gah subay qız olmasına baxmayaraq, süd vəzilərini böyüdür, gah da popoplastika və s. Plastik, estetik cərrahların əsas pasientləridir bunlar. Hansı ki, əslində psixiatra getməlidirlər”.

Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

Tanınmış həkim mayın 11-də “Baku Medical Plaza”da əslən Qəbələ rayonundan olan 1996-cı il təvəllüdlü Turanə Tofik qızı Musazadənin plastik cərrah Sirus Qoçxani tərəfindən həyata keçirilən əməliyyat zamanı dünyasını dəyişməsinə münasibət bildirib:

“Qeyd edim ki, plastik cərrahlar belə xəstələrə görə çoxlu pul qazansa da, problem də çox yaşayırlar. Çünki hamısında xroniki narazılıq sindromu olur, zatən heç nəyi bəyənmirlər, əməliyyat nəticəsindən də nadir hallarda razı qalırlar. Bəzən eyni nahiyəni bir neçə plastik cərraha təkrarən əməliyyat etdirirlər və s.

Hər bir əməliyyat kimi plastik əməliyyatlarda da ağırlaşmalar və ölüm riski var. Bu ağırlaşmaları fəsad kimi qələmə vermək, həkimin nüfuzunu aşağı salmaq savadsızlıqdan digərlərinə zərər verməkdir. Məsələn, popoplastikadan cavan qız ölürsə, bu çox güman ki, yağ emboliyasına görədir, bu bir ağırlaşmadır, cərrahın ya, anestezioloqun səhvi deyil. Sadəcə bu tipli ağırlaşmaları əməliyyatdan öncə xəstəyə və yaxınlarına yaxşı izah etmək lazımdır, yazılı iltizam alınmalıdır ki, baş verə biləcək fəsadlara görə cərrah, ya anestezioloq məhkəmələrdə sürünməsin”.

Məlumat üçün bildirək ki, bu, Sirus Qoçxaninin əməliyyat masasında baş verən birinci ölüm hadisəsi deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm