XƏBƏRDARLIQ: Sol böyrü üstə yatmayın
Bizi izləyin

Sağlamlıq

XƏBƏRDARLIQ: Sol böyrü üstə yatmayın

Yatarkən bədənin hansı tərəfi üstə çevrilmək barədə istər dində, istərsə də tibdə təzadlı fikirlər səsləndirilir. Bu məsələyə hətta peyğəmbərlər də toxunub və onlar sağ böyrü üstə yatmağı tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barədə həkim terapevtlər də tibbi izah verib. Onlar sol böyrü üstdə yatmağın zərərləri barədə məlumat verib.

Sol tərəfdə həyati vacib orqanlar yerləşir. Ürək, dalaq, mədə, mədəaltı vəz, bir çox əsas limfa vəziləri və damarlar.

İnsan sol tərəfi üstə bədən ağırlığını salıb yatanda bu orqanlar sıxılır, onların işini ağırlaşdırır, nəticədə insan yuxuda da, oyanandan sonra da insanın özünü pis hiss etməsinə və yuxuda dincəlməməsinə səbəb olur.

Daim olaraq sol böyrü üstə yatanların ürək və beynində oksigen defisiti olur.

Ən keyfiyyətli yuxu kürəyi üstə düz uzanaraq yatmaqla alınır. Siz də yuxu pozanızı dəyişin, fərqi və təsirini müqayisə edin. / Medicina.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm