• USD 1,7000 0,00% EUR 1,9248 +0,44%
    • GBP 2,1509 +0,53% RUB 0,0240 0,00%

Virusoloqdan koronavirusun ikinci dalğası haqqında PROQNOZ

Virusoloqdan koronavirusun ikinci dalğası haqqında PROQNOZ

Tibb elmləri doktoru, həkim-immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçugov “Komsomolskaya Pravda” radiosunun efirində koronavirusun ikinci dalğasının olmayacağını söyləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim davam edən xəstəliyin kütləvi immunitet yaratdığını bildirib: “Bu, hər tərəfdən sevindiricidir, çünki bütün epidemiyalar kütləvi immunitet 60 faiz qazanıldıqda başa çatır. 60%-ə çatana qədər əhalinin 50% -i xəstələnməyə davam edir. Onda virusun özü bu pandemiyaya son qoyacaq.

Ancaq inanıram ki, hər şey planlaşdırıldığı kimi gedərsə, ikinci dalğa sual altında qalacaq. Ən azı ölkəmizdə. Yavaş-yavaş aşağı enəcək. Xəstə sayı hətta bir üfüqi xətt üzrə müşahidə olunacaq. Sentyabr ayına qədər 60% -ə çatsaq, onda ikinci dalğa olmayacaq. Lakin 60 faizə çata biləcəyikmi? Bax, bu hələ bəlli deyil. Çünki xəstəliyin inkişafını ləngidirik və geridə qalırıq”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR