Sağlamlıq
Myasnikov “koronavirus rəvayəti”nə aydınlıq gətirdi
Tanınmış həkim Aleksandr Myasnikov koronavirus barədə yayılan rəvayətlərə aydınlıq gətirib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim koronavirusun ev heyvanları vasitəsilə ötürülə bilmədiyini deyib.
“Heyvanlar yeni tip virusa yoluxa bilər, lakin insanlara keçməz!”, - deyə Myasnikov qeyd edib.
O bildirib ki, COVID-19-un ötürülməsinin yeganə sübut olunmuş yolu hava yolu ilə infeksiyadır. Bu vəziyyətdə infeksiya su, əllərin dərisi vasitəsilə, hamiləlik zamanı anadan dölə, həmçinin havalandırma sistemi vasitəsilə ötürülə bilməz. Myasnikov koronavirusun çirklənmiş səthlər, xəstəxanalarda havalandırma sistemi, həmçinin qan vasitəsilə yoluxma ehtimalının az olduğunu da qeyd edib.
Xatırladaq ki, Myasnikov, COVID-19-a qarşı peyvəndin gec başa gələcəyini açıqlamışdı. Onun sözlərinə görə, klinik sınaqlar üç ildən beş ilədək davam edə bilər. Həkim qeyd edib ki, peyvəndin inkişafı məhdud sayda insan üzərində sınanması ilə sürətləndirilə bilər, lakin bütün əhali üçün yeni dərmanların istifadəsi təhlükəlidir. Eyni zamanda Myasnikov istisna etməyib ki, bir müddət sonra peyvəndə ehtiyac olmaya bilər.
Aytən Məftun
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!