Azərbaycanlı mammoloqdan qadınlara SƏRT XƏBƏRDARLIQ: “Süd vəzisindəki dəyişikliyi...”
Bizi izləyin

Sağlamlıq

Azərbaycanlı mammoloqdan qadınlara SƏRT XƏBƏRDARLIQ: “Süd vəzisindəki dəyişikliyi...”

Mammoloq radioloq Günel Qəmbərova xanımlara hər ay süd vəzilərin güzgü qarşısında yoxlanmasını tövsiyə edib.

Publika.az xəbər verir ki, ağır süd vəzi diaqnozu ilə xəstəxanaya müraciət edən xəstənin fotosunu paylaşan həkim süd vəzi xərçənginin 8 ilə qədər lal yata və bir gün konkret görüntülərlə ortaya çıxa bildiyini qeyd edib.

“Odur ki, USM və mammoqrafiya müayinələrinin ən vacib radioloji müayinə olmasını unutmayın. İldə bir dəfə müayinədən keçmək lazımdır, bunu axsatmaq olmaz. Çünki şiş gözlə və əllə görünənə kimi çox gec ola bilər, müayinədə təsadüfən aşkarlanmış olur. Amma buna rəğmən, hər bir qadın öz süd vəzisini həyatının 30, 40, 60-cı ilində ilk dəfə getdiyi həkimdən daha yaxşı tanımalıdır və süd vəzisindəki dəyişikliyi əmin olun ki, həkimindən öncə sezmiş olar. Bu baxımdan, xanımlara ayda bir dəfə süd vəzilərini güzgü önündə yoxlamağı məsləhət görürəm. Əllərinə düyün gəlirmi, süd vəzi giləsi içəri dartılırmı, əllər yuxarı qaldırdıqda dəri rəngi normaldırmı, gilədən axıntı varmı, damarlanma güclənməyibmi və s. kimi əlamətlərə mütləq fikir verilməlidir” - deyə həkim sözlərinə əlavə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm