Sağlamlıq
Elə nahiyəsində koronavirus aşkarlandı ki... - Dünyada İLK
Türkiyə vətəndaşı Burakhan Sönmezin onurğa iliyində koronavirus aşkarlanıb.
Publika.az xəbər verir ki, Ağız və Diş Sağlamlığı Mərkəzində xəstələrin qəbulu bölməsində işləyən epilepsiya xəstəsi olan Sönmezin halı pisləşib.
O, huşunu itirərək yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən Sönmezin COVID-19 testi neqativ çıxıb. Lakin onun hərarəti olub. Həkimlər yerə yıxıldığına görə xəstəni beyin tomoqrafiyasından keçirib, onurğa iliyindən isə nümunə götürülüb. Bu zaman Sönmezin koronavirusa yoluxduğu aşkarlanıb.
Burakhan Sönmezin müalicəsini həyata keçirən Qazi Universiteti Daxili Xəstəliklər Şöbəsinin Reanimasiya bölməsi müəllimi Melda Türkoğlu koronavirusun bütün orqanizmə təsir göstərən multisistemli xəstəlik olduğunu deyib. Onun sözlərinə görə, dünyada onurğasında koronavirus aşkar edilən nadir sayda insan var.
Türk mütəxəssislər bu olayı dünya ədəbiyyatına bildirəcəklərini qeyd edib.
Qeyd edək ki, yeni tip koronavirusun yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olduğu elmə məlumdur.
Zümrüd
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
















.jpg)
























