Tanınmış həkim VACİB FAKTI açıqladı - İybilmə və dadbilmə duyğusu nə zaman itir? - - VİDEO
Bizi izləyin

Sağlamlıq

Tanınmış həkim VACİB FAKTI açıqladı - İybilmə və dadbilmə duyğusu nə zaman itir? - - VİDEO

Video əlavə olunub.

xxx

“Tez tez soruşurlar. Həkim, mən iy hiss etmirəm! Dadbilmə də azalıb! Sizcə, məndə karonavirus var?

Cavab: İybilmə və dad hissiyyatının itməsi təkcə karonavirus xəstəliyinin əlaməti deyil. Bir neçə xəstəlikdə var, bunların ən yüngülü karonavirusdu”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Mütəxəssis iybilmə və dadbilmə duyğusunun itməsinin səbəblərini izah edib:

“Yoluxmusunuzsa, qorxmayın, tezliklə sağalacaqsınız. Amma məlumat üçün deyim ki, iybilmənin itməsi lupus (qırmızı qurd eşənəyi) xəstəliyinə daha çox xasdır. Bundan başqa şizofreniya, Altsheymer, multipl skleroz xəstəliyində də iy və dad bilmə itir.

İy və dadbilmə hissiyyatının itməsinin ən geniş yayılmış səbəbi depressiyadır. Əgər bir qadın çox parfum vurursa, çox güman ki, onda depressiya var. Depressiyası olan insanların arıqlama səbəblərindən biri də elə qidaların iy və dadını hiss etmədiyi üçün yaranmış iştahsızlıqdır. Depressiyanı özünüzdən qovun, ağzınız tama gəlsin, gözəl iyləri hiss edə biləsiz”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm