Sağlamlıq
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
Səhər yeməyi günün ən vacib qidası hesab edilir. Səhər qəbul olunan qida bədənə enerji verir, gün ərzində özünü gümrah hiss etməyə kömək olur. Mütəxəssislərin fikrincə yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi yeyilməlidir, çünki gecə boyu 10-12 saat ac qalan orqanizmin ayılandan sonra qidaya tələbatı artır.
Publika.az xarici mətbuata istinadla xəbər verir ki, ilk növbədə, qidalanmadan əvvəl bədən çəkisindən asılı olaraq təxminən 200-400 milliqram su içilməlidir. Səhər yeməyindən 1-2 saat sonra isə meyvə yemək çox faydalıdır. Çünki meyvənin həmin vaxt yeyilməsi orqanizmin vitaminə olan tələbatını ödəyir.
Səhər açılan süfrə müxtəlif qidalarla bol çeşidli, tərkibi protein, karbohidrat və vitaminlərlə zəngin olmalıdır. Səhər yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər də tövsiyə edilir.
Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı, diqqəti toplamaq və eşitdiklərini yadda saxlamağa kömək edir, ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, səhər yeməyi şəkər xəstəliyinə tutulmaq riskini aşağı salır.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı