• USD 1,7000 0,00% EUR 1,9163 0,00%
    • GBP 2,1395 0,00% RUB 0,0240 0,00%

Koronavirus peyvəndi tapıldı? – İki ölkədən ŞAD XƏBƏR

Koronavirus peyvəndi tapıldı? – İki ölkədən ŞAD XƏBƏR

Yaponiyada koronavirusa qarşı ilk peyvəndin sınağı başlanıb.

Publika.az
xəbər verir ki, "AnGes" firmasında istehsal edilən DNA peyvəndi Osaka Universitetinin xəstəxanasında 30 nəfər üzərində tətbiq edilib.

Hər bir şəxsə iki ədəd peyvənd vurulub, həmçinin, 30 nəfər iki qrupa bölünüb. Bir qrupa daha yüksək dozada peyvənd vurulub. Peyvənd vurulmuş şəxslər 8 həftə boyunca nəzarət altında saxlanılacaq. İlkin mərhələdə peyvəndin təsiri olarsa, növbəti mərhələdə 400 nəfərin üzərində sınaqlar aparılacaq.

Yaponiya 2021-ci ilin payızına qədər COVİD-19 peyvəndinin istehsalına başlamağı planlaşdırır.

Yaponiya ilə yanaşı, Hindistanda da COVİD-19-a qarşı yerli istehsal olan ilk peyvəndin sınaqlarına hazırlaşır.

Hindistanın Dərman İstehsalına Nəzarət üzrə Baş İdarəsi (DCGİ) yerli “Bharat Biotech” şirkətinin Milli Virologiya İnstitutu ilə birlikdə istehsal etdiyi “Covaxin” adlı peyvəndin birinci və ikinci mərhələdə sınaqdan keçirilməsinə icazə verib. “Bharat Biotech” şirkəti sınaqların gələn ay başlayacağını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda COVİD-19-a qarşı 132 peyvənd nümunəsi üzərində araşdırma aparılır, 17 peyvənd nümunəsi isə sınaqdan keçirilməyə hazırdır.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR