Sinqapurlu alimlərdən virusa yoluxanların sayı ilə bağlı ŞOK PROQNOZ
Bizi izləyin

Sağlamlıq

Sinqapurlu alimlərdən virusa yoluxanların sayı ilə bağlı ŞOK PROQNOZ

Sinqapurdan olan alimlər növbəti on il ərzində yenidən heyvandan insana ötürüləcək yeni bir koronavirusun meydana çıxması haqqında xəbərdarlıq etdilər.

Publika.az xəbər verir ki, Sinqapur Milli Universitetinin yoluxucu xəstəliklər proqramının rəhbəri, professor Van Linfa bu fikri “The Straits Times” qəzetinə müsahibəsində deyib.

Eyni zamanda alim bunun dəqiq nə vaxt baş verəcəyi və baş vermə hadisəsinin nə qədər ciddi olacağına dair qeyri-müəyyənliyin olduğunu etiraf edib. O, həmçinin alimlərin Sars-CoV-2-nin insanlardan heyvanlara ötürülə biləcəyindən və bir müddət sonra geri qayıdacağından ciddi narahat olduqlarını vurğulayıb.

Alim 2013-cü ildə Orta Şərqdə tənəffüs simptomunu aşkar etdikdən sonra Cənubi Amerikada yeni növ koronavirus təhlükəsini tanıyıb. Onun sözlərinə görə, bir çox yerdə yaşayan yarasaların əks yoluxma ehtimalı aşağı olduğu görünür. Təcrübələr göstərdi ki, bu heyvanların virusu asimptomatik olaraq keçirir.

Bundan əlavə, Sinqapur Milli Universitetinin So Svi adına Xalq Sağlamlığı Məktəbi direktorunun müavini Aleks Kuk qeyd edib ki, indi koronavirusa yoluxanların həqiqi sayı rəsmi rəqəmlərdən on dəfə çox ola bilər. O, bildirib ki, yoluxmuş insanların sayını bilməyin yeganə yolu antikor testləridir.

Uhan Virusologiya İnstitutunun tədqiqatçısı Şi Çjenli də koronavirusun yeni yoluxması barədə xəbərdarlıq etmişdi. Mütəxəssisin fikrincə, elm adamlarının bu günə qədər kəşf etdikləri aysberqin yalnız ucudur. Şi Çjenli Uhandakı son hadisəni dünyanı həyəcanlandıran bir vəziyyət kimi xarakterizə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm