Professordan ŞOK AÇIQLAMA: xəstələnənlər yenidən yoluxacaq, çünki...
Bizi izləyin

Sağlamlıq

Professordan ŞOK AÇIQLAMA: xəstələnənlər yenidən yoluxacaq, çünki...

COVİD-19 xəstəliyindən sağalanların immuniteti müvəqqəti ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ingilisi immunoloq Denni Eltman danışıb.

London İmperial Kollecin professoru CNBC telekanalına açıqlamasında bildirib ki, virusa qarşı qanda əmələ gələn antikorlar bir neçə ay ərzində yox ola bilər: “İmmun sistemi olduqca zəif təsir bağışlayır. Bəzi insanların qanındakı antikorlar bir neçə ay içində yox olacaqmış kimi görünür”.

Onun sözlərinə görə, pandemiyanın ikinci dalğasının yayılacağı təqdirində, daha əvvəl COVİD-19-a yoluxanların yenidən xəstələnməsi riski var: “Bu, hələ də öldürücü virusdur və sürətli yayılır. İnsanların bu reallıqla üzləşməyə hazır olmadığını düşünürəm”.

Qeyd edək ki, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fausi də ötən ay verdiyi açıqlamada COVİD-19-un digər koronovirus növləri kimi davranmasının immun sisteminin uzunmüddətli olmayacağı mənasına gəldiyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm