Səhiyyə naziri koronavirusun hansı orqanlara ən çox təsir etdiyini açıqladı
Bizi izləyin

MDB

Səhiyyə naziri koronavirusun hansı orqanlara ən çox təsir etdiyini açıqladı

Rusiya Səhiyyə naziri Mixail Muraşko “Rusiya-1” kanalında yayımlanan “Vesti” proqramında koronavirusun ən çox ürək və ağciyərlərin işinə təsir etdiyini deyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir ürək xəstələrinin xüsusilə müalicəyə ehtiyacı olduğunu xatırladıb. O qeyd edib ki, ağciyərlər ən həssas orqana çevrilib:

“Tibb mütəxəssisinin köməyini tələb edən ikinci əhəmiyyətli problem ürək xəstəlikləridir”.

Nazir əlavə edib ki, COVID-19 ağciyərlərin iş qabiliyyətini və həyati imkanlarını bərpa etməyə imkan vermir. Onun sözlərinə görə, xəstələr bədən enerjisinin tükənməsi səbəbindən dərhal ağır fiziki məşqlərə başlamamalıdır.

Xatırladaq ki, Mixail Muraşko Rusiyada koronavirusa qarşı 17 perspektiv peyvəndin olduğunu söyləmişdi. Səhiyyə naziri qeyd etmişdi ki, peyvəndlər könüllü olacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm