Sağlamlıq
Koronavirus xəstələrində immunitetin uzun müddətli pozuntuları ortaya çıxdı
Uhan Virusologiya İnstitutunun alimləri koronavirus xəstəliyi olan xəstələrdə immun sisteminin uzun müddətli nasazlıqları olduğunu aşkar edib.
Publika.az xəbər verir ki, həkimlər koronavirusun limfositlərə - immunitetdən məsul olan qan hüceyrələrinə təsirini araşdırıb. Beləliklə, COVID-19 olan xəstələrdə limfopeniyanın tipik simptom olduğu ortaya çıxıb. Alimlər zamanla qan içində immun hüceyrələrin sayının necə dəyişdiyini öyrənmək üçün koronavirusla müalicə olunan 55 xəstənin vəziyyətini araşdırdıqdan sonra bu nəticəyə gəlib. Limfositlərin azalmasına səbəb olan ən çox yayılmış yoluxucu xəstəlik QİÇS-dir. Bu vəziyyətdə immun sisteminin zədələri xroniki hal daşıyır.
MOMT genom mühəndisliyi laboratoriyasının müdiri Pavel Volçkov bildirib ki, bir şəxs yeni patogenə yoluxduqda, bədənində zərərli virusa qarşı mübarizə aparan limfositlərin genişlənməsi baş verir. “İnfeksiyadan sonra bədən “demobilizasiya edilir”, çünki bu qədər aktivləşdirilmiş T hüceyrələri və B hüceyrələrinə artıq ehtiyac duyulmur” alim sonda qeyd edib.
Xatırladaq ki, Harvard Universitetinin professoru Tobias Kurt da bəzi koronavirus xəstələrinin sağalmasından bir neçə ay sonra da getməyən xəstəliyin uzunmüddətli təsirlərini yaşadıqlarını xəbərdarlıq edib. Eyni zamanda, bu fəsadların xroniki hala gələ biləcəyini və ya zaman keçdikcə keçə biləcəyini iddia etmək üçün virusun hələ kifayət qədər ətraflı öyrənilmədiyini bildirib.
Aytən Məftun
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!