Əhalinin yalnız 10 faizində baş verəcək - ARAŞDIRMA
Bizi izləyin

Sağlamlıq

Əhalinin yalnız 10 faizində baş verəcək - ARAŞDIRMA

Alimlər bu qənaətə gəlib ki, dünya əhalisinin sadəcə 10 faizi koronavirusa qarşı təbii immunitet qazana bilər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər COVID-19-a yoluxan xəstələrin qanında virusa qarşı antikor olduğunu bildirib, lakin onların sayı sürətlə azalır və bir neçə aydan sonra yoxa çıxır. Bu da o deməkdir ki, yenidən yoluxa bilərsiniz.

Kollektiv immunitet anlayışı sabit immunitet mövcudluğunu nəzərdə tutur, lakin yeni tip koronavirus digər xəstəliklərə bənzəmir. Alimlərin sözlərinə görə, peyvənd hazırlansa, əhalinin 60-70 faizinə vurulmalıdır ki, təsir göstərsin. Bu barədə “British Daily Mail” yazıb.

Sonda proqnoz belə görünür: COVID-19-a yoluxmuş əhalinin yalnız 10 faizində təbii immunitet inkişaf edə bilər, peyvənd isə 60 faizdə antikorların yaranmasına kömək edəcək. Vaksinin inkişaf etdirildiyi tədqiqat mərkəzlərinin ilkin məlumatları göstərir ki, alimlər təbii immunitetdən daha sabit və dəyişməz immunitet əldə edə bilib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm