Sağlamlıq
Ağır koronavirus xəstələrinin ümumi cəhəti
Fransız alimləri ağır COVID-19 xəstələrinin əsas fərqləndirici xüsusiyyətini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Science” jurnalındakı məqalədə bildirilib.
Tədqiqatçılar koronavirusa yoluxmuş 50 xəstənin simptomlarını araşdırıb: yüngül öskürəkdən ağır tənəffüs çatışmazlığına qədər. Qan, toxumalar, immun hüceyrələri və digər biomaterialları təhlil etdikdən sonra alimlər belə bir nəticəyə gəliblər ki, xəstəliyi ağır keçirənlərin ümumi simptomu interferon reaksiyasında çatışmazlıq və iltihabın artmasıdır.
Ağır xəstələrdə immun sistemi tərəfindən virusla mübarizə üçün istifadə olunan I tip interferonların çatışmazlığı olub. Bildirilib ki, interferonların ifrazı koronavirus infeksiyasının gedişatını yavaşladır.
Alimlərin fikrincə, nəticələr göstərib ki, interferon xəstənin simptomlarına və sağalmasına təsir göstərən əsas amildir və COVID-19 üçün uğurlu müalicə strategiyasının əsasını qoyur.
Aytən Məftun
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO