Professor koronavirusun mövsümi olma şanslarını qiymətləndirdi
Bizi izləyin

Sağlamlıq

Professor koronavirusun mövsümi olma şanslarını qiymətləndirdi

Professor Georgi Bazıkin koronavirusun mövsümi olma şanslarını qiymətləndirib.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, alimin fikrincə, virus hava hadisələrindən daha çox insanların kütləvi toplanması nəticəsində yoluxucu olur.

“İndiyə qədər bu və ya digər istiqamətdə güclü siqnal görmədik. ABŞ-da yay davam edir və yoluxmalar da artır, bəzi ölkələrdə isə bu hal azalır ", - alim vurğulayıb.

Mütəxəssis SARS-in mövsümi olmamasına diqqət çəkib. Bazıkinin fikrincə, insanların işə, məktəbə və ya universitetə getməməsi, evdə qalması daha vacibdir.

Epidemioloq həmçinin ikinci yoluxma dalğasının qaçılmaz olduğunu söyləyib. Ancaq bu dəfə sərt məhdudiyyətlər gözləmək lazım deyil. Mütəxəssisin sözlərinə görə, COVID-19-a qarşı kütləvi immunitet 60-70 faizə çatdıqda xəstəlik mövsümi hesab edilə bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm