Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Bizi izləyin

Sağlamlıq

Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı

Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko COVID-19-un insanlara uyğunlaşdığını söyləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, epidemioloq bunu mətbuat konfransında açıqlayıb.

“Əhali arasında dolaşan virus insanlara uyğunlaşır və yoluxuculuğu azalır. Ən təhlükəlisi yenidən ortaya çıxan viruslardır. Onlar meydana gələcək, bu, şübhəsizdir”, - Briko qeyd edib.

Epidemioloq hesab edir ki, noyabr, dekabr və yanvar aylarında koronavirus xəstəliyinin mövsümi artımını gözləməyə dəyər, lakin şiddəti çox olmayacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm