60 milyon peyvənd sifariş verildi - Hökumət koronavirusa qarşı hərəkətə keçdi
Bizi izləyin

Sağlamlıq

60 milyon peyvənd sifariş verildi - Hökumət koronavirusa qarşı hərəkətə keçdi

İngiltərə hökuməti “Sanofi” və “GlaxoSmithKline” şirkətləri tərəfindən istehsal edilən koronavirus peyvəndindən 60 milyon ədəd sifariş edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətlərdən verilən açıqlamada deyilir.

Bildirilib ki, hələ də sınaq müddətində olan peyvəndlərin tamamlanması 2021-ci ildə baş tutacaq.

Qeyd edək ki, İngiltərə hökuməti daha əvvəl Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətinin birgə ərsəyə gətirdiyi, hələ ki, sınaq müddətində olan peyvənddən 30 milyon, Fransanın “Valvena” şirkətinin peyvəndindən isə 60 milyon ədəd sifariş vermişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm