Sağlamlıq
Heç bir əlamət yoxdursa, koronavirusa yoluxduğumuzu nədən anlaya bilərik?
Koronavirusun əsas özəlliyi odur ki, bir qrup xəstəliyi ağır keçirdiyi halda, digərlərində heç bir simptom özünü göstərmir. Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar COVID-19-a yoluxmalarından xəbər tutmaya bilər.
Publika.az xəbər verir ki, türkiyəli tibbi mikrobiologiya mütəxəssisi, professor Aynur Eren Topkaya insanların koronavirusa yoluxub-yoluxmadığını ancaq antikor testləri sayəsində öyrənməyin mümkün olduğunu deyir.
“Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərə xəstəliyi asimptomatik keçirənlər daxil deyil. PZR (Polimeraz zəncir reaksiyası) testləri yalnız xəstəliyin bir çox əlamətlərinin müşahidə olunduğu xəstələrə edilir. Xəstəliyi asimptomatik keçirənlər əsasən gənclər, qadınlar, ürək, diabet və hipertoniya kimi əsas xroniki xəstəlikləri olmayan insanlardır.
Vücudumuz infeksiyaya cavab olaraq antikorlar meydana gətirir. Bu antikorlar immunoqlobulin adlanan zülallardır. Antikor testləri ilə infeksiyaya cavab olaraq meydana gələn immunoqlobulinlərin IgG, IgA, IgM analizi edilir. Antikorlar infeksiyaya yoluxmuş insanların qanında olur. Antikor testləri ilə simptomları az olan və ya olmayan infeksiyaları aşkar etmək olar”, - professor qeyd edib.
Aytən Məftun
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI