Sağlamlıq
Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR
Alim-gerontoloqlar Vladimir Xavinson və Svetlana Trofimova insanın müəyyən qidalara aslılığının müəyyən xəstəliklərə işarə etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “Rusiya-1” telekanalının efirində mütəxəssislər pendir və digər mayalanmış süd məhsullarına meylliliyin osteoporoz - sümük toxumasının quruluşunun pozulduğunu göstərdiyini qeyd edib.
Onların sözlərinə görə, bu cür qidalarda çox miqdarda kalsium və fosfor var ki, ağartı məhsullarını yemək istəyi də bədənin onlara çatışmazlığından qaynaqlanır. Mütəxəssislər əlavə edib ki, pendir yüksək kalorili qidadır, buna görə tərkibində faydalı elementlər olan brokkoli də onun sağlam əvəzləyicisi ola bilər.
Bundan əlavə, alimlər tez-tez şokolad yemək istəyinin insanın xroniki stress vəziyyətində olması ilə əlaqəli ola biləcəyini açıqlayıb. Bu məhsulda halsızlığı aradan qaldırmağa kömək edən amin turşusu triptofan var.
“Şirin kartof, ispanaq, kişmiş, qaraciyər və yulaf kifayət qədər miqdarda triptofan ehtiva edir”, - mütəxəssislər məsləhət görüb.
Onlar həmçinin bildirib ki, acılı yemək istəyi bədəndə infeksiyaın və ya metabolik pozğunluğun ola biləcəyini göstərir. Bu vəziyyətdə mütəxəssislər kələm turşusu yeməyi məsləhət görüb.
Duzlu yemək yemək istəyi isə dehidrasiyadan xəbər verir. Odur ki, elm adamları gündəlik bədənin çəkisindən asılı olaraq lazımi miqdarda su içməyi məsləhət görürlər. Dondurma istəyi mədə-bağırsaq traktının problemlərini göstərə bilər. Mütəxəssislərin fikrincə, yüksək kalorili dondurma müxtəlif taxıl - yulaf, düyü və qarabaşaq yarması ilə əvəz edilə bilər.
Aytən Məftun
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!