Həkimdən arıqlamaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ
Bizi izləyin

Sağlamlıq

Həkimdən arıqlamaq istəyənlərə CİDDİ XƏBƏRDARLIQ

Rusiyalı dietoloq Yelena Astaxova sürətlə arıqlamağın zərərlərindən söz açıb.

Publika.az xəbər verir ki, ekspert bu zaman insan qanında kəskin toksin ifrazının meydana gəldiyini və bədənin öz yağları ilə zəhərlənməyə başlaya biləcəyini söyləyib.

O, “360” kanalına verdiyi müsahibədə buna yol verməməyi və qida rasionunu balanslaşdırmaq lazım olduğunu qeyd edib.

“Şəkər və su saxlayan qidaları çıxardıqda sürətlə arıqlamaq və effektiv nəticə əldə etmək mümükndür. Bu, daha çox şişkinliyin aradan qaldırılması, artıq suyun çıxarılması hesabına baş verir. Eskterimal qidalanma növləri uyğun deyil, çox incə balanslı rasiona keçməlisiniz. Bu vacib və psixoloji bir məsələdir, beləliklə qida məhdudiyyətlərinə gərək qalmır. Tədricən porsiyaları azaldırıq və sinir sistemini dəstəkləyirik. Çəkini azaldan və artıran məhsullar düzgün seçildikdə, yağların utilizasiyası çox yaxşı baş verir” , - dietoloq qeyd edib.

Y.Astaxova sözlərinə onu da əlavə edib ki, pəhriz edərkən rasionda zülalların, karbohidratların və yağların miqdarını düzgün paylamaq lazımdır.

“Arıqlamaq istəyən insanların etməli olduğu başlıca qayda qida mədəniyyətini dəyişdirməsidir. Bunlar insanın illərlə yaşaya biləcəyi yeni vərdişlərdir. Ayda 20 kq itirmək dəhşətlidir! Həqiqətən də bundan ölə bilərsiniz. Bir ayda maksimum 10-15 kq arıqlamaq olar” , - həkim yekunda bildirib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm