Sağlamlıq
Həkim uşaq və böyüklər üçün ən faydalı məhsulu açıqladı
Samara Pəhriz Tədqiqat və Terapiyası İnstitutunun direktoru, həkim Mixail Qinzburqin sözlərinə görə, insan üçün faydalı sıyıq növü onun yaşından asılıdır.
Publika.az xəbər verir ki, o, bu barədə “Sputnik” radiosuna müsahibəsində danışıb. Mütəxəssisin fikrincə, sıyıqların ənənəvi olaraq sağlam yemək, xüsusilə də uşaqlar üçün faydalı olması faktı tamamilə doğrudur. Qinzburq qeyd edib ki, manna (irmik) beyin fəaliyyətinin yaxşılaşdırılmasına kömək edir.
“Manna qanda şəkər səviyyəsini daha sürətli artırır. Yetkinlər üçün yaxşı deyil, amma uşaqlar üçün yaxşıdır. Bu uşaqlara daha faydalı təsir göstərir. Düyü və irmik onların beyninin daha yaxşı inkişaf etməsinə təsir edir. Daha yaxşı öyrənirlər” , - həkim deyib.
Ancaq Qinzburqun dediyi kimi, manna sıyığı yetkinlər üçün qanda şəkərin artmasına səbəb olur, odur ki, yulaf daha məqsədəuyğundur.
“Yulaf və mannanı müqayisə etsək, 50 yaşdan yuxarı insanlar üçün yulaf hər cəhətdən faydalı olacaq. Nişasta az olduğundan karbohidratlar yavaş olur. Yulafdan sonra şəkər səviyyəsi irmikdə kimi kəskin şəkildə artmır. Yulafın tərkibində mikrofloranı yaxşılaşdıran daha çox pəhriz lifi və daha çox prebiyotik var”, - mütəxəssis yekunlaşda qeyd edib.
Aytən Məftun
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR