“Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır” - Tanınmış professor
Bizi izləyin

Sağlamlıq

“Peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır” - Tanınmış professor

Rusiya Səhiyyə Nazirliyinin infeksion xəstəliklər üzrə baş mütəxəssisi, Seçenov Universitetinin professoru Vladimir Çulano “kp.ru”ya açıqlamasında “Qripə qarşı təcili olaraq peyvənd vurdurmaq lazımdırmı”sualına cavab verib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert qrip peyvəndlərinin əhəmiyyətini vurğulayıb. O hesab edir ki, qrip əleyhinə peyvənd vurulmalıdır, xüsusən bədən soyuq havanın başlaması ilə zəifləməyə başlayanda.

“Bu il peyvənd kampaniyası sentyabrın əvvəlində başlamalıdır. Qrip peyvəndlərinin koronavirus infeksiyasının növbəti dalğasının qarşısının alınmasında effektivliyi sübut olunmayıb. Lakin tamamilə istisna edilə bilməz”, - mütəxəssis çıxışında qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm