Məşhur həkim dərmanlar haqqında inanılmaz faktı açıqladı - Üçdə ikisi lazımsızdır
Bizi izləyin

Sağlamlıq

Məşhur həkim dərmanlar haqqında inanılmaz faktı açıqladı - Üçdə ikisi lazımsızdır

Tanınmış həkim Aleksandr Myasnikov həblərin səhhətimizə təsirindən danışıb.

Publika.az xəbər verir ki, həkim həddən artıq dərman istifadəsinin asılılıq yaratdığını qeyd edib:

“Problemin kökündə tənbəllik dayanır. İnsanlar öz sağlamlıqlarının qeydinə qalmaq yerinə həblərə üz tutur. Tez-tez tənbəlliyimizi dərmanla örtürük. Arıqlamaq və hərəkət etmək yerinə həb içirik. Dərmanların kömək edib-etməməsi barədə düşünmürük, halbuki daha çox zərər verə bilər”, - ekspert verilişdə izah edib.

Myasnikov xəstələrin aldığı bütün dərmanların üçdə ikisinin lazımsız və faydasız olduğuna əmindir. Onun fikrincə, bəşəriyyət hepatoprotektorlar, immunomodulyatorlar, immunostimulyatorlar və antiviral dərmanlar olmadan da keçinə bilər.

Ekspert qeyd edib ki, yalnız xroniki xəstəlikləri olanlar bəzən dörddən çox dərman qəbul edir. Həkimin fikrincə, bu xəstələr sağlam həyat tərzi qaydalarına əməl etməyə başlasalar, dərman miqdarını azalda bilərlər. Arıqlamaq və çəkiyə nəzarət, fiziki fəaliyyət, habelə düzgün qidalanma dərmanlara ən yaxşı alternativdir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm