Koronavirusun zəif nöqtəsi tapıldı
Bizi izləyin

Sağlamlıq

Koronavirusun zəif nöqtəsi tapıldı

Kanzas Dövlət Universitetinin (ABŞ) alimləri koronavirusa qarşı terapevtik vasitəni uğurla sınaqdan keçirib.

Publika.az xəbər verir ki, bu barədə “Science Daily” elmi nəşrinin saytında məlumat verilib.

Məlum olub ki, 3CLpro olaraq bilinən 3C kimi proteazı SARS-CoV-2 inkişafındakı əsas fermentdir.

Alimlər tapılan proteaz inhibitorlarını MERS koronavirusuna yoluxmuş laboratoriya siçanlarında istifadə edib. Nəticədə, yoluxucu xəstəliyin zəif nöqtəsinə yönəlmiş terapevtik vasitə virusun yayılmasını dayandırıb.

Alimlərin fikrincə, dərmanlar yalnız MERS-in deyil, həm də insanlar arasında geniş yayılmış MERS-CoV və SARS-CoV-2 koronaviruslarının çoxalmasına mane olur. Təcrübədə təsvir olunan dərmanlar “Cocrystal Pharma” tərəfindən patentləşdirilib və lisenziyasını alınıb. Mütəxəssislər dərmanların insanlarda təsirini sınamaq lazım olduğunu söyləyib.

İyul ayında amerikalı alimlər SARS-CoV-2 əleyhinə istifadə edilə bilən bir neçə dərman aşkar edib, hansı ki, insan hüceyrələrində koronavirusun replikasiyasını basdıra bildilər. Xüsusilə hepatitə qarşı C boepsrevir və GC-376 antiviral dərmanın koronavirusun çoxalmasında əsas olan viral proteaz Mpro-yə qarşı təsirli olduğu sübuta yetirilib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm