İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Bizi izləyin

Sağlamlıq

İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI

COVİD-19 peyvəndinin istehsalı üçün tələsməmək şərtdir.

Publika.az xəbər verir ki, bu sözləri israilli professor Yakob Berkun deyib.

İsraildəki Hadassah Tibb Mərkəzinin şöbə müdiri COVİD-19 peyvəndini kütləcvi tətbiq etməzdən əvvəl effektivliyi və etibarlılığına əmin olmaq üçün sınaqların üçüncü mərhələsində fərqli qruplardan minlərlə insanın iştirakını vacib hesab edir.

“Bunlar xərçəng xəstələrinə verdiyimiz sınaq dərmanlar deyil. Peyvənd sağlam insanlara inyeksiya olunduğu üçün risk altına girməmək lazımdır. Peyvəndin uğursuzluğu anti-peyvənd hərəkatını daha da qüvvətləndirə bilər”, - professor qeyd edib.

Qeyd edək ki, Rusiya Birbaşa Sərmayə Fondunun prezidenti Kirill Dmitriyev 3 avqustdakı açıqlamasında COVİD-19 peyvəndinin 10 gün ərzində lisenziyalaşdırılacağını demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm