Fransız həkim ikinci dalğa haqqında: “Tamamilə fərqli olacaq”
Bizi izləyin

Sağlamlıq

Fransız həkim ikinci dalğa haqqında: “Tamamilə fərqli olacaq”

Koronavirus infeksiyası ilə mübarizə üzrə Fransa Elmi Şurasının üzvü Pyer-Lui Dryue COVİD-19-un ikinci dalğasının Avropaya payızda yaxınlaşacağını, ancaq “tamamilə fərqli olacağını” söyləyib.

Publika.az xəbər verir ki, mütəxəssis bu barədə “Ouest-France” a verdiyi müsahibədə danışıb.

“Yeni dalğaya hazırlaşmaq vacibdir, çünki müharibələr hücum silahları ilə deyil, təlim və strategiyalar sayəsində qazanılır” , - ekspert qeyd edib.

Hakimiyyəti pandemiya ilə mübarizə strategiyası hazırlamağa çağıran alim vaksinin tezliklə hazır olmayacağını və yeddi il HİV-in müalicəsini axtardıqlarını xatırladıb.

Fransada "StopCovid" tətbiqi ilə bu infeksiyaya yoluxmuş insanların bütün əlaqələri izlənilir. Lakin Pyer-Lui Dryue bildirib ki, fransızlar şəxsi məlumatlarının bu tətbiqetmənin vasitəsilə izlənilməsi və toplanmasına etiraz edir.

Həkimin sözlərinə görə, koronavirus üçün sehrli bir müalicə yoxdur. Bəzi üsullar ağır hallarda yaxşı nəticələr göstərsə də, başlanğıc mərhələsində effektiv müalicə yoxdur. Bununla birlikdə, onun fikrincə, hidroksiklorokin və antibiotiklər birmənalı şəkildə təsirsizdir.

Etibarlı bir peyvəndin tezliklə görünəcəyinə dair heç bir əlamət olmadığını bildirən eskpert Rusiyanın hərbçilər üzərində virusa qarşı peyvəndi sınaqdan keçirməsini belə şərh edib: “Bu saxta xəbər və ya siyasətdirmi bilmirəm”.

Bundan əlavə, alim bu gün mütəxəssislərə orqanizmdə antikorların nə qədər saxlanıla biləcəyi aydın olmadığını vurğulayıb. O, səbəb kimi infeksiyanın “sürprizlərlə” dolu olduğunu göstərib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm