Sağlamlıq
Türk professorlar dünyada analoqu olmayan COVID-19 serumu hazırladı: 6 həftə sonra...
Türkiyənin Adıyaman Universiteti (ADYU), TUBİTAK və VETAL firmasının əməkdaşlığı ilə koronavirusla mübarizə çərçivəsində "Kovidsera adlı antiserum hazırlanıb.
Publika.az xəbər verir ki, Adıyaman Tədris və Araşdırma Xəstəxanasındakı xəstələrdən götürülən nümunələr ilə reallaşdırılan proses VETAL şirkətinin BSL-3 laboratoriyasında davam edir.
Xəstələrdən götürülən virus hüceyrələri əvvəlcə laboratoriya şəraitində inaktiv edilir, daha sonra fermadakı işçi qrupunda sağlam atlara inyeksiya olunur. Bu atlardan götürülən plazmadan da antitel əldə edilir.
AYDU rektoru, professor Mehmet Turqut bu layihəyə 1 aprel tarixində başladıqlarını, hazırda sona doğru gedildiyini bildirib: “Bu, peyvənd üzərində işə bənzəyir, amma bir fərqi var. O da bəşəri antiserum olmasıdır. İndi heyvanlar üzərində test mərhələsindəyik. TUBİTAK və Səhiyyə Nazirliyi ilə daimi əlaqədəyik. Əlimizdə 7 min xəstəyə çatacaq qədər antiserum toplanıb. Lakin test mərhələsi bitməyib”.
Rektor bildirib ki, antiserum atlardan 6 həftə sonra əldə edilir.
Zümrüd
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...