Xərçəngin qeyri-adi simptomları açıqlandı
Bizi izləyin

Sağlamlıq

Xərçəngin qeyri-adi simptomları açıqlandı

Qandakı kalsium səviyyəsi xərçəngin əlaməti ola bilər.

Publika.az xəbər verir ki, bu sözləri məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov söyləyib.

“Əgər təhlillər kalsiumun artmasını göstərirsə, deməli, bu ya paratiroid vəzlərinin artan funksiyasıdır, ya da xərçəngdir”, - “Rusiya-1” telekanalının efirində Myasnikov bildirib.

Həkim izah edib ki, ilk vəziyyətdə dəyərlərə diqqət yetirməlisiniz - hər litrə 13 mola qədər orta hesab olunur. Xərçəng inkişaf edibsə, daha yüksək göstəricilər olacaq. Lakin bu kimi dəyərlər mütləq xərçəngə işarə etmir. Şübhələri bir kənara qoymaq üçün paratiroid hormonları testlərindən keçmək lazımdır.

“Əgər hormonlar normaldırsa, onkologiya deyil. Bu, D vitamini intoksikasiyası ola bilər”, - həkim yekunda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm