Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi
Bizi izləyin

Sağlamlıq

Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi

Məşhur həkim və teleaparıcı, 71 saylı Moskva xəstəxanasının baş həkimi Aleksandr Myasnikov beynin qocalmasını yavaşlatmağın ən təsirli yollarını açıqlayıb.

Publika.az xəbər verir ki, həkim bu problemin yalnız yaşla əlaqəli olmadığını deyib. Onun sözlərinə görə, yaddaşın zəifləməsi və beyin qocalması tənbəl, az hərəkət edən, qeyri-sağlam həyat tərzi keçirən və stressə düzgün cavab verməyi bilməyən gənclər arasında da yaranır.

Myasnikov qeyd edib ki, beynin qocalmasının qarşısını almaq üçün sosial və fiziki fəallığı, həyata marağı qorumaq, ən azından daxilən gənc olmaq, hər şeylə maraqlanmaq, çox oxumaq və çox düşünmək lazımdır.

Bundan əlavə, pis vərdişlərdən imtina edib düzgün qidalanmaq lazımdır. Xüsusilə, çox doymamış yağ turşusu olan dəniz məhsulları demensiyanın qarşısını almaq üçün faydalıdır. Myasnikov bildirib ki, aktiv həyat beynin inkişafını gücləndirir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm