Koronavirusa qarşı ƏN TƏSİRLİ PEYVƏND hazırlandı
Bizi izləyin

Sağlamlıq

Koronavirusa qarşı ƏN TƏSİRLİ PEYVƏND hazırlandı

Sent-Luis Vaşinqton Universiteti Tibb Məktəbinin alimləri yeni növ koronavirusa qarşı effektiv peyvənd hazırlayıb.

Publika.az xəbər verir ki, dərman burundan qəbul edilir. Preparatın siçanlar üzərində aparılan tədqiqatları göstərib ki, adi ineksiyalara nisbətən koronavirusa həssas olan məməlilərdə infeksiyanın qarşısını almaqda daha təsirlidir. Bu barədə “Cell” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar peyvəndin orqanizmdə güclü immun cavab verdiyini, lakin ən böyük müdafiənin burun boşluğunda və hava yollarında olduğunu təsbit ediblər. Test nəticələri göstərib ki, virusun bədənə daxil olmasından sonra heç bir infeksiya əlamətləri olmasa belə, peyvənd gəmiricilərdə immuniteti inkişaf etdirir.

Tədqiqatçılar siçanlara verilən vaksinləri iki şəkildə - burun və əzələdaxili formada müqayisə edib. İneksiya sətəlcəmin qarşısını alan immun cavab versə də, burun və ağciyərlərdə infeksiyaya maneə törətməyib. Belə bir peyvənd COVID-19-un şiddətini azalda bilər, lakin bu yoluxma və virusun başqalarına ötürülməsinə mane olmur. Burun peyvəndi isə koronavirusun yuxarı tənəffüs yollarında çoxalmasının qarşısını alır. Bununla yanaşı, peyvəndin effektivliyindən əmin olmaq üçün onun insanlar üzərində də əlavə sınaqları aparılacaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm