• USD 1,7000 0,00% EUR 1,9810 -0,22%
    • GBP 2,1592 -0,13% RUB 0,0221 -0,90%

Məşhur professor virusla bağlı son durumu açıqladı: “Təhlükəli və öldürücüdür”

Məşhur professor virusla bağlı son durumu açıqladı: “Təhlükəli və öldürücüdür”

Türkiyəli infeksionist, tanınmış professor Mehmet Ceyhan məsamələri iri olan maskaların qoruyuculuğunun zəif olduğunu deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor maskaların effektivliyi barədə söz açıb.

“Maska rahat nəfəs alıb-verməyə imkan verirsə, deməli, effektivliyi çox deyil. Siz bütün gücünüzlə üfürdüyünüz zaman maska şişməlidir. Əgər şişmirsə, maska heç bir işə yaramır. Məsamələri kiçikdirsə, o zaman maska sizi viruslardan daha yaxşı qoruyur. Cərrah maskaları daha yaxşıdır, kağız və parça maskalar islandığı zaman özəlliyini itirir. Bambuk və pambıqdan hazırlanan maskalar tərlətmədiyi üçün qoruyuculuğu da yüksəkdir” , - qeyd edib.

Virusun yoluxuculuğunun azalmadığını deyən həkim sözlərinə belə davam edib:

“Türkiyədə olduqca ağır vəziyyətdə olan xəstələrimiz var. Ölüm hallarının azalmasının bir səbəbi var, artıq hər kəs daha hazırlıqlıdır. Hazırda dünyada koronavirusdan ölüm saylarında azalma yoxdur. Koronavirus hələ də son dərəcə təhlükəli, öldürücü və yoluxma sürətli olduqca yüksəkdir. Yoluxuculuq dinamikası hələ də dəyişməzdir, infeksiyanı keçirən şəxs orta hesabla 2-3 nəfəri yoluxdurur. Yəni, xəstə özünü təcrid etməsə, 3 həftə sonra xəstə sayı 70-80-ə qalxır”.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR