Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR
Bizi izləyin

Sağlamlıq

Bu vitamin COVID-19 RİSKİNİ AZALDIR

B12 vitamini koronavirus riskini azaldır.

Publika.az xəbər verir ki, Türkiyənin Manipal Ali Təhsil Akademiyası və Bölgə Biotexnologiya Mərkəzi tərəfindən gerçəkləşdirilən araşdırma nəticəsində bu qənaətə gəlinib.

Vitaminlərin koronavirus üzərində effektlərini yoxlamaq üçün aparılan araşdırmada B12 vitamininin bir forması olan metilkobalaminin koronavirusa yoluxan hüceyrədən yayılmanın qarşısını ala bilcəyi və beləliklə, COVID-19 xəstəliyi keçirmə riskini azalda biləcəyi nəticəsi əldə olunub.

Qeyd edilib ki, B12 vitamini tibbi heyət, yaşlı və xroniki xəstəliyi olanlarda infeksiya riskini aşağı salmaq üçün qoruyucu kimi istifadə oluna bilər.

Lakin araşdırmaçılar bu effektin tamamilə təsdiq edilməsi üçün bəzi testlərin keçirilməsinin vacibliyini vurğulayıb.

Sözügedən araşdırma məqaləsi Beynəlxalq Biokimya və Molekulyar Biologiya Birliyinin “IUBMB Life” dərgisində yayımlanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm