Məktəbə gedən uşaqları virusdan belə QORUMAQ OLAR
Bizi izləyin

Sağlamlıq

Məktəbə gedən uşaqları virusdan belə QORUMAQ OLAR

Pandemiya şəraitində aylardır məktəblərdən uzaq qalan uşaqlar bir neçə gündən sonra yenidən tam olmasa da ənənəvi təhsilə qayıdacaqlar.

Publika.az xəbər verir ki, uşaqlar üçün sosial məsafə, maska şərtlərinə əməl etməyin böyüklərə nisbətən çətin olacağı bəllidir.

Onların sağlamlığı naminə diqqət yetirilməli olan əsas məsələlərdən biri qidalanmadır.

Mütəxəssislər uşaqların immun sistemini gücləndirmək üçün onların səhər yeməkləri və ara qidalanmalarının kalsium, mineralla zəngin olmasına xüsusi diqqət yetirməyi məsləhət görürlər. Bunun üçün isə süd əvəzsizdir.

Məktəblilərə gündə 2 stəkana kimi süd içmək tövsiyyə edilir. Süd uşaqları qış aylarında gözlənilən virus, xəstəliklərdən qoruyur.

Zəkanın inkişafına təkan verir, uğurları artırır.

Süd enerji yaranmasına təsir edən karbohidrat, protein və yağla zəngindir.

Mövsüm dəyişiklikləri zamanı yuxarı tənəffüs yolları infeksiyaları ilə qarşılaşmaq riski də yüksəkdir. Tərkibində 40-dan artıq faydalı mineral olan süddən istifadə soyuqdəymə, farengit kimi xəstəliklərin qarşısını alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm