Bu üsulla arıqlamaq TƏHLÜKƏLİDİR
Bizi izləyin

Sağlamlıq

Bu üsulla arıqlamaq TƏHLÜKƏLİDİR

Dietoloq Marqarita Korolyova kofe yardımı ilə arıqlamağın təhlükəli olduğunu açıqlayıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, həkimin sözlərinə görə, kofein maddələr mübadiləsini tezləşdirir. Bu isə çox zaman ürək çatışmazlığı ilə nəticələnir.

"Biz kofeini yağ yandırıcı kimi nəzərdə tutaraq gün ərzində 8 fincan kofe içsək ürəyə nə olar? Əlbəttə, ürəkdə problem yaranar" - deyə dietoloq bildirib.

O, qeyd edib ki, bu içki təzyiq və aritmiyası olan insanlar üçün təhlükəlidir.

Dietoloq həmçinin bildirib ki, az miqdarda kofe kalorili əlavələr edilmədiyi təqdirdə, arıqlamağa kömək edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm