ÜST rəsmisindən SOS: “Yoluxmalar artacaq”
Bizi izləyin

Sağlamlıq

ÜST rəsmisindən SOS: “Yoluxmalar artacaq”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) regional direktoru Hans Kluge Avropa Birliyi ölkələrinin yarısından çoxunda son iki həftədə gündəlik yoluxma sayının ikiqat artdığını və xəstəliyin yenidən şiddətlənəcəyini bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kopenhagendə çıxış edən Kluge təkcə son bir həftə ərzində Avropada 300 mindən çox yeni yoluxmanın aşkarlandığını, bunun da mart ayındakı rəqəmlərdən çox olduğunu bildirib:

“Artıq daha çox test edildiyi üçün daha çox yoluxma qeydə alınır, digər tərəfdən də epidemiyanın regionda sürətlə yayılması bizi narahat edir”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm