Sağlamlıq
Eynəklərin COVID-19-la nə kimi əlaqəsi var?
Gündəlik eynək istifadəçiləri digər insanlara nisbətən koronavirusa 5 qat daha az ehtimalla yoluxa bilər.
Publika.az xəbər verir ki, bu istiqamətdə Çinin Nançanq Universiteti araşdırma aparıb.
Nəticəyə əsasən, eynək taxmağın yeni tip koronavirusa yoluxma riskini azalda biləcəyi açıqlanıb. Mütəxəssislər COVID-19 xəstələri arasında nadir halda eynəkdən istifadə edənlərə rast gəlindiyini aşkarlayıb. Bununla da eynəklə yoluxma arasında əlaqə ola biləcəyi qənaətinə gəlinib.
“JAMA Ophthalmology” dərgisində yayımlanan araşdırma məqaləsində bildirilir ki, 27 yanvar-13 mart tarixləri arasında COVID-19 diaqnozu qoyulan 276 xəstədən 30-u eynəkli olub. Uzağı yaxşı görməyən 16 xəstə gündə 8 saat eynəkdən istifadə edənlər olub.
Araşdırmaçılar daha genişmiqyaslı bilgi əldə etmək üçün Hubey əyalətindəki 7-22 yaş arası tələbələrin yer aldığı daha əvvəlki araşdırmalara da müraciət edib.
Tədqiqatçılar eynəklərin insanların çirkli əllərlə tez-tez gözlərinə toxunmağın qarşısını aldığını, beləliklə, gözlər vasitəsilə infeksiyaya yoluxma riskinin azaldığını bildirir.
Zümrüd
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir





































