Professordan əhaliyə koronovirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Astromonik rəqəmlər...
Bizi izləyin

Sağlamlıq

Professordan əhaliyə koronovirusla bağlı ŞOK XƏBƏRDARLIQ: Astromonik rəqəmlər...

“Xəstəliyin yayılmasının qarşısını almaq üçün birinci növbədə üz maskalarının taxılması, gigiyena qaydalarına əməl olunması və sosial məsafənin gözlənilməsi çox önəmlidir. Son günlərdə çox acınacaqlı mənzərənin şahidi oluram. İnsanlar sıxlıq olan yerlərdə, əsasən ictimai nəqliyyatda maskalardan istifadə etmirlər. Nəqliyyat sürücülərinə çox tapşırılmalıdır ki, maska taxmayan sərnişinlər avtobusa buraxılmasın".

Bu sözləri tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov Publika.az-a açıqlamasında deyib. Professor bildirib ki, ictimai iaşə obyektlərində, ictimai nəqliyyatda və digər yerlərdə maskası olmayan insanların bir yerə daxil olması və maskadan istifadə etməməsi təbii ki, xəstəliyin artmasına, hətta yüksək astromonik rəqəmlərə gətirib çıxara bilər:

“Amerikada aparılan ən son araşdırmalar göstərir ki, səthlərdən yoluxma mininal həddədir. Ümumiyyətlə səthlərdən, hər hansı əşyaya toxunmaqla koronovirus infeksiyasına yoluxma ehtimalı öz təsdiqi tapmır. İnsanların bu yolla yoluxma şansı cüzidir. Əsas yoluxuculuq hava damcı və aerozol yolu ilə keçir. Bunun qarşısını almağın ən yaxşı yolu üz maskalarından istifadə etməkdir”.

Həkimin sözlərinə görə, payız-qış mövsümündə xroniki xəstələr xüsusilə diqqətli davranmalıdır:

“Qrip infeksiyası da payız aylarında kəskinləşir. Təəssüf ki, risk qrupunda insanlarımız qrip əleyhinə vaksinlərin vurulmasına laqeyd yanaşır. Qrip infeksiyası risk qrupunda olan insanları həm qrip infeksiyasından qoruyur, həm xəstəliyin ağırlaşmasının qarşısını alır. Ən azından xəstələnsə belə ölümcül forması olmayacaq. Digər tərəfdən qripə qarşı vaksin vurulması koronovirus infeksiyasına qarşı müəyyən qədər yayındırıcı effekt göstərə bilər. Artıq qripə qarşı müəyyən immunitet formalaşdığı üçün gələn başqa bir virusa qarşı ayıq olacaq. Odur ki, insanların qrip əleyhinə vaksinasiyası çox önəmli məsələdir.

65 yaşdan yuxarı, xroniki xəstəliklərin daşıyıcısı olan, diabet, böyrək, qaraciyər çatışmazlığı, onkoloji patologiyası, gematoloji problemləri, ağciyər xəstəlikləri və ürək çatışmazlığı olan insanlar risk qrupuna daxildir. Bu insanların hər biri qrip əleyhinə vaksin almalıdır”.

O, əlavə edib ki, pandemiya başlayandan bəri yoluxma sayında sıfırlanma müşahidə olmayıb ki, ikinci dalğadan danışaq:

“Mövcud olan infeksiya dövr etməyə davam edir. Başlıca səbəbi insanların qaydalara laqeyd yanaşmasıdır. Koronavirusa qarşı əsas mübarizə üsullarından biri gigiyena qaydalarına əməl etməkdir. Bu gün biz xəstəliyin müalicəsi barədə deyil, xəstələnməmək barədə daha çox düşünməliyik. Odur ki, insanlarımız yalnız adi gigiyena qaydalarına əməl etməklə xəstəlikdən qoruna bilər. Xəstəlikdən ölüm hallarının sayını azaltmağın yeganə yolu budur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm