Koronavirus peyvəndləri ilə bağlı Rusiyaya İNANILMAZ İDDİA
Bizi izləyin

Sağlamlıq

Koronavirus peyvəndləri ilə bağlı Rusiyaya İNANILMAZ İDDİA

ABŞ Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Viliam Evanina Rusiya, Çin və İranı Amerikanın koronavirus peyvəndi hazırlamasının qarşısını almağa çalışmaqda günahlandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Evanina Rusiyanın COVID-19-a qarşı peyvəndini dünya bazarına çıxara biləcəyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, Moskva, Pekin və Tehran ABŞ-ın yarada biləcəyi hər hansı peyvəndi oğurlamağa çalışır. Bu cür iddiaların nəyə əsaslandığını əks-kəşfiyyat rəisi dəqiqləşdirməyib.

Məlumat üçün bildirək ki, “Moderna”, “Pfizer” və “AstraZeneca” tərəfindən koronavirusa qarşı hazırlanmış bir neçə dərman ABŞ-da klinik sınaqlardan keçir. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp peyvəndin prezident seçkiləri günü - 3 noyabr tarixinə qədər hazır ola biləcəyini söyləmişdi. Çərşənbə günü isə Tramp siyasi səbəblərə görə peyvəndin yaxın aylarda hazır olmayacağını bildirdi.

Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stefan Hanza “Financial Times” qəzetinə verdiyi müsahibəsində faydaları potensial risklərdən çox olduğu təqdirdə klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləyib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm