ÜST rəhəbərindən ÇAĞIRIŞ: “Tam anlamadığımız təhlükəli virusun…”
Bizi izləyin

Sağlamlıq

ÜST rəhəbərindən ÇAĞIRIŞ: “Tam anlamadığımız təhlükəli virusun…”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus infeksiyanın sərbəst dövriyyəsi ilə cəmiyyətdə koronavirusa qarşı kütləvi immunitetin əldə edildiyi strategiyanın qəbuledilməz olduğunu söyləyib. Bu variantın etik standartlara cavab vermədiyini qeyd edən ÜST rəhbəri xəstəlikdən qorunma strategiyasının tibb tarixində heç bir zaman istifadə edilmədiyini söyləyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ÜST rəsmisini bunu Cenevrədə keçirdiyi brifinqdə bildirib.

“Heç vaxt tarixdə kütləvi immunitet epidemiyaya cavab vermək üçün bir strategiya olaraq istifadə edilməyib, o ki qaldı pandemiyada. Bu, elmi və etik baxımdan problemlidir”, - Qebreyesus izah edib.

Bundan əlavə, ekspert hələ COVİD-19-dan kütləvi immunitet barədə kifayət qədər məlumata malik olmadığını əlavə edib. Xəstələnən insanların əksəriyyətinin “bir neçə həftə içində” immunitet inkişaf etdirməsinə baxmayaraq, immunitet reaksiyasının nə qədər güclü olduğu, nə qədər davam etdiyi və insandan insana nə qədər dəyişdiyi hələ bilinmir.

ÜST rəhbəri həmçinin koronavirusu olanlarda ikincili infeksiyanın qeydə alındığı halları xatırladıb. O, bir çox ölkədə insanların çoxunun hələ də virusa həssas olduğunu xatırladıb. Tedros Adanom Qebreyesus hesab edir ki, insanlar arasında COVİD-19-un nəzarətsiz dövriyyəsinin ağırlaşmalara gətirib çıxara bilər.

“COVİD-19-un insanlar üzərində uzunmüddətli təsirlərini yeni anlamağa başlayırıq. Tam anlamadığımız təhlükəli virusun sərbəst dolaşmasına icazə vermək sadəcə etikadan kənar bir şeydir. Bu bir seçim deyil”, - Tedros Adan Ghebreyesus yekunda qeyd edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm