Koronavirusu 99 faiz məhv edən örtük istehsal olundu
Bizi izləyin

Sağlamlıq

Koronavirusu 99 faiz məhv edən örtük istehsal olundu

Türkiyənin “Yıldız” holdinqinə məxsus “Polinas” şirkəti koronavirusu 99,2% məhv edən qoruyucu örtük istehsal edib.

Publika.az xəbər verir ki, bu barədə şirkətdən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, bakteriya və viruslara qarşı effektivliyi təsdiqlənmiş gümüş ion tərkibli örtüyə “BOPP AB1F1/30µ” adı verilib.

Örtük “Antimikrob Ar-Ge” və Biosidal Analiz Mərkəzində analiz olunub. Laboratoriya nəticələrinə əsasən, örtük 24 saat sonra səthindəki koronavirusu 99,2% öldürüb.

Yeni örtük səhiyyə və qida başda olmaqla, bir çox sektorda istifadə oluna bilər.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm