Bioloqdan COVID-19-la bağlı mühüm açıqlama
Bizi izləyin

Sağlamlıq

Bioloqdan COVID-19-la bağlı mühüm açıqlama

İnsanın immunitet sistemini gücləndirməyə kömək edən dərmanların (immunomodulyatorlar) tez-tez istifadəsi COVID-19-un ağırlaşmasına səbəb ola bilər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Tibbi Genetik Tədqiqat Mərkəzinin baş tədqiqatçısı Ança Baranova məlumat verib.

O, ağır koronavirus xəstələri arasında virusla mübarizə aparmaq üçün istehsal olunan qoruyucu zülal - interferonlara qarşı antikorlu bir çox insan olduğunu iddia edən amerikalı həmkarlarının işinə diqqət çəkib. Üstəlik bu cür xəstələrin sayı 13% -ə çatır ki, bu da “böyük” bir göstəricidir.

“Bir qayda olaraq, bu bir dəfə interferon terapiyası almış xəstələrdə olur. Ümumiyyətlə, hepatit C və skleroz üçün təyin edilir. Bununla birlikdə, immunitet sistemini gücləndirmək üçün antikorlar daimi dərmanlarla da ifraz oluna bilər”, - deyə Baranova bildirib.

O, əlavə edib: “Bir insan immuniteti gücləndirmək üçün hər hansı bir səbəblə buruna interferon damcısı tökürsə və ya həqiqətən işləyən immunitet stimulyatoru qəbul etməyə başlayırsa, bu, bədəndə interferon ifrazının artmasına səbəb olur. Odur ki, antikorlar yarana bilər”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm