Koronavirusa qarşı peyvəndlər... - Bill Qeyts açıqladı
Bizi izləyin

Sağlamlıq

Koronavirusa qarşı peyvəndlər... - Bill Qeyts açıqladı

“Microsoft”un qurucusu Bill Qeyts ABŞ-da hazırlanan koronavirus infeksiyasına qarşı bəzi peyvəndlərin praktik faydası olacağından şübhələndiyini söyləyib. Onun sözlərinə görə, peyvənd testlərinin nəticələri ölkədə epidemioloji vəziyyətin pisləşməsinə səbəb olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Bill Qeyts hazırda ABŞ-da altı peyvənd hazırlandığını deyib. Milyarder hesab edir ki, hər hansı bir təhlükəsizlik problemi olarsa, COVID-19 ilə mübarizədə effetivliyi gözlənilən nəticələri verməzsə, peyvəndlərin ikisi və ya üçünün hazırlanması dayandırıla bilər. Lakin o, bəzi dərmanların təsirsiz qalma ehtimalının olduqca aşağı olduğuna dair qeyd də edib.

“Bu gün iqtisadiyyat”nəşrinin yazdığına görə, Bill Qeyts əmindir ki, kifayət qədər peyvənd istehsal olunarsa, bu, ABŞ-da COVID-19-dan ölənlərin sayına görə ölkələrin sıralamasında liderliyini itirməsinə kömək edə biləcək.

“Microsoft”un qurucusu həmçinin ABŞ-da COVID-19-un yayılması ilə bağlı vəziyyətin payızda daha da pisləşəcəyini, daha çox infeksiya və ölüm hadisəsinin olacağını və qışın gəlməsi ilə ölkədə mövcud vəziyyətin daha da çətinləşəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, ABŞ-da məktəblər 2021-ci ilin ikinci yarısında yenidən açılacaq.

Bundan əvvəl Qeyts dünyadakı koronavirus pandemiyasının yalnız 2022-ci ildə bitəcəyini irəli sürmüşdü.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm