Koronavirusa yoluxma riskini azaltmaq üçün sadə üsullar
Bizi izləyin

Sağlamlıq

Koronavirusa yoluxma riskini azaltmaq üçün sadə üsullar

Koronavirus xəstəliyinə tutulma riskini azaltmaq üçün sağlam həyat tərzi sürməli və mütəmadi olaraq vitamin qəbul etməlisiniz.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sadə tövsiyə həkim-immunoloq Vitali Zverev tərəfindən verilib.

“Koronavirusa yoluxma ehtimalını azaltmaq üçün sağlamlığınıza diqqət yetirməlisiniz. Sağlam həyat tərzi və düzgün qidalanma kömək edəcək”, - Zverev qeyd edib.

İmmunoloq qışda günün qısa olması səbəbindən vitamin çatışmazlığının meydana gəldiyini bildirib. O, xüsusilə də D vitamininin qidaya daxil edilməsində israrlı olub. Zverev koronavirusa yoluxma ehtimalını azaltdığı üçün interferon və sink əsaslı dərmanlar qəbul etməyi tövsiyə edib.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm